Gənclər və İdman Nazirliyi Mariana Vasilevanın vəzifədən kənarlaşdırıldığını təsdiqlədi - Foto

Gənclər və İdman Nazirliyi Mariana Vasilevanın vəzifədən kənarlaşdırıldığını təsdiqlədi - Foto
Digər, Eksklüziv, Foto
456
23 Yanvar 2025 - 09:11

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bolqarıstan vətəndaşı Mariana Vasilevanın gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunduğu xəbərini təsdiq edib.


Belə ki, Gənclər və İdman Nazirliyinin rəsmi saytından Mariana Vasilevanın ad, soyadı çıxarılıb. 


Bolqarıstanlı M.Vasileva son günlər həm xarici, həm də yerli mətbuatda sərt tənqid olunurdu.


Mediada, Beynəlxalq Gimnastika Federasiyasının Azərbaycanın bədii gimnastika milli komandasının keçmiş baş məşqçisi, gənclər və idman nazirinin müavini Mariana Vasilevanı ömürlük diskvalifikasiya etdiyi barədə xəbərlər yayılmışdı. Məlumatlarda bildirilmişdi ki, M.Vasileva idmançılara qarşı fiziki zorakılıqda günahlandırılır.


Gənclər və idman naziri Fərid Qayıbovun Mariana Vasilevanın vəzifədən kənarlaşdırılmasından sonra sosial şəbəkədə onunla fotosunu (selfi) paylaşması idman ictimaiyyəti tərəfindən etiraz və tənqidlə qarşılanmışdı. Gənclər və İdman Nazirliyinin rəsmi saytının rəhbərlik bölümündə isə Mariana Vasilevanın ad, soyadı saxlanılmışdı. 


Fərid Qayıbov sonradan səhv etdiyini anlayaraq, Mariana Vasileva ilə sosial şəbəkədəki fotosunu silib. 


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmi saytının rəhbərlik bölümündən isə Mariana Vasilevanın ad, soyadı çıxarılıb. 


Bolqarıstandan olan 50 yaşlı Mariana Vasileva 2021-ci ildən gənclər və idman nazirinin müavini vəzifəsində çalışırdı.



Digər xəbərlər