Qurban Berdıyev: "Təcrübə çatmadı"
Futbol
422
03 Dekabr 2024 - 21:35
"Turan Tovuz" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Supersport.Az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev fikirlərini bildirib.
"Hər şeydən əvvəl Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu. Qələbə hesabını qorumağa təcrübə çatmadı. Müdafiədə adi bir səhv etdik. Denisin zədələnməsi də komandaya təsir etdi. Amma uşaqlar da axıra kimi döyüşdülər. Penalti seriyası lotoreyadır. Çox təəssüflənirəm ki, adi, elementar səhvdən ikinci qolu buraxdıq".