Mahir Emreli 4-cü qolunu 57 min tamaşaçı önündə "Hamburq"a vurdu - Video

Mahir Emreli 4-cü qolunu 57 min tamaşaçı önündə "Hamburq"a vurdu - Video
Futbol, Eksklüziv, Video
464
03 Noyabr 2024 - 22:06

Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilir.


Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hamburq"la qarşılaşıb.


Hamburq klubunun futbolçusu Daniel Elfadlı 15-ci dəqiqədə hesabı açsa da, Mahir Emreli 63-cü dəqiqədə bərabərlik qolunu vurub.


Matçı 57 min tamaşaçı canlı izləyib və Mahirin komandası səfərdə xal qazanıb. 


Azərbaycanlı forvard "Nürnberq"in heyətində artıq 4 qol vurub.


Almaniyanın 2-ci  Bundesliqasında 18 klub mübarizə aparır və "Hannover" 22 xalla birinci, sonrakı iki yeri 20 xala malik "Paderborn" və "Fortuna Düsseldorf" tutur. "Hamburq"la "Karlsrue" 19 xalla 4-5-ci, "Nürnberq" 17 xalla 6-cı pillədə qərarlaşıb.




Digər xəbərlər