"Neftçi"dən kənarlaşdırılanların sayı 15-ə çatdı
Futbol
1076
09 Oktyabr 2024 - 20:05
Supersport.Az xəbər verir ki, "Neftçi" klubu bu mövsüm 15 şəxslə yolları ayırıb.
Bu gün kolumbiyalı futbolçu Brayan Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsüm iştirak ərizəsinə salınmamışdı.
Qeyd edək ki, "Neftçi" Miodraq Bojoviçlə Roman Qriqorçuku baş məşqçi, Yens Andersonu idman direktoru vəzifəsindən, futbolçulardan isə Ömər Buludov, Rüfət Abbasov, Eddi İsrafilov, Reziuan Mirzov, Ataa Caber, Aqil Məmmədov, İvan Brkiç, Dieqo Valdez, Fərid Yusifli, Lukas Melano, Qara Qarayev, Brayan Moreno kənarlaşdırılıb.