Eksklüziv: "Qarabağ"ı kənarlaşdıran "Dinamo Zaqreb"in keçmiş baş məşqçisi Bakıda

Supersport.Az-a daxil olan eksklüziv məlumata görə, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı kənarlaşdıran "Dinamo Zaqreb"in keçmiş baş məşqçisi Sergey Yakiroviç Azərbaycana gəlib. Bosniyalı mütəxəssis dünən Bakıya təşrif buyurub.
Jakiroviç Azərbaycanda çalışmağa gəlib. Bosniyalı mütəxəssisin kimin dəvətiylə Bakıya gəldiyini öyrənə bilməsək də, bəzi ehtimallar irəli sürmək olar.
"Neftçi" klubu hazırda baş məşqçisizdir. Paytaxt komandası hələ ki, rəsmi açıqlama verməsə də, böyük ehtimalla Samir Abasov bu vəzifəyə gətiriləcək. Çox güman ki, Azərbaycan komandası 47 yaşlı bosniyalı mütəxəssis Sergey Yakiroviçi dəvət edib.
Ola bilər ki, AFFA Yakiroviçi gətirib.
Digər versiya "Sabah"la bağlı ola bilər. Lakin bu inandırıcı görünmür. Çünki hazırda lider "Qarabağ"dan 6 xal geri olan "Sabah" 15 xalla 5-cidir. Xorvat mütəxəssis Krunoslav Renduliçin baş məşqçisi olduğu Azərbaycan klubu ötən mövsüm UEFA Konfrans Liqasında uğursuz çıxış edib.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb" "Qarabağ"ı hər iki oyunda məğlub etmişdi: 3:0, 2:0.
Çempionlar Liqasının final mərhələsində Xorvatiya klubu Almaniyada "Bayern"ə 2:9 məğlub olduqdan sonra baş məşqçi Sergej Jakirović istefaya göndərilmişdi.