"Qarabağ"ın rəqibi "Tottenhem" məğlub edildi - Foto-Video

"Qarabağ"ın rəqibi "Tottenhem" məğlub edildi - Foto-Video
Futbol, Video, Foto
486
02 Sentyabr 2024 - 08:00

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının final mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək "Tottenhem" İngiltərə Premyer Liqasının üçüncü turunda məğlubiyyətlə üzləşib.

"Nyukasl" öz meydanında "Tottenhem Hotspur"a 2:1 hesabıyla qalib gəlib. Meydan sahiblərinin yarımmüdafiəçisi Harvi Barns 37-ci dəqiqədə ilk qolu vurub. "Nyukasl"ın 32 yaşlı müdafiəçisi Den Bern topu öz qapısına vurub. Meydan sahiblərinin 24 yaşlı isveçli hücumçusu Aleksander İsak 78-ci dəqiqədə komandasının qələbə qolunun müəllifi olub.

"Tottenhem" məğlub olsa da, statistik göstəricilərdə "Nyukasl"ı üstələyib. London klubu topa 66 faiz sahib olub, 500 ötürmədən 84 faizi (421) dəqiq olub, qapıya 20 zərbə vurub. Nyukasl təmsilçisnin 261 ötürməsindən 183-ü (70 faiz) dəqiq, 34 faiz topa sahib olub, 9 zərbə vura bilib.

"Tottenhem" 20 klub sırasında 4 xalla 9-cu pillədən 10-a düşüb. 

Premyer Liqada 3 turdan sonra ilk iki yerdə 9 xala malik "Mançester Siti", "Liverpul"dur. "Brayton", "Arsenal", "Nyukasl" 7 xalla sonrakı pillələri bölüşür.

Digər xəbərlər