"Qarabağ"ın milyardlıq rəqibi - Foto

"Qarabağ"ın milyardlıq rəqibi - Foto
Futbol, Foto
431
01 Sentyabr 2024 - 09:11

Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının final mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Tottenham Hotspur" Avropa futbolunun ən yüksək qiymətli komandalarından biridir.


İngiltərə təmsilçisinin komanda dəyəri 2.6 milyard funt-sterlinqdir (3.2 milyard dollar). Bu baxımdan dünyada 8-cidir. Futbolçularının ümumi qiyməti 770,50 milyon avrodur. 


"Tottenham"in heyəti 26 futbolçudan ibarətdir, ortalama yaş 25-dir. İngiltərə klubunun 18 legioneri var, 16 futbolçusu milli komandalarda çıxış edir.


"Tottenhem"in ən bahalı futbolçularından biri ingilis hücumameyilli yarımmüdafiəçi James Maddisondur ki, onun dəyəri 70 milyon avrodur. Argentinalı müdafiəçi Cristian Romero (60 milyon avro) və isveçli vinger Dejan Kulusevski (55 milyon avro) kimi oyunçular da qiymətlidir.


Ötən mövsüm Premyer Liqada 5-ci olan "Tottenhem" hazırda 20 komanda sırasında 9-cudur.


İngiltərə təmsilçisi ikiqat ölkə çempionudur, UEFA Kubokunun ikiqat qalibi, bir dəfə Kuboklar Kubokunun sahibidir, qitə reytinqində 45-cidir. 


"Tottenhem"in sentyabrın 5-də 142 yaşı tamam olacaq. Komanda 33 ildir İngiltərə Premyer Liqasında mübarizə aparır. 


Klubun baş məşqçisi Afinada doğulan, Avstraliya vətəndaşı olan 59 yaşlı Angelos Postekoğludur. O, 5 yaşında valideynləri ilə Yunanıstanı məcburi tərk edib. 


Qeyd edək ki, Avropa Liqasının final mərhələsinin ilk turunda 26 sentyabrda "Tottenhem" "Qarabağ"ı qəbul edəcək. Matç Londonun 62 min 850 yerlik "Tottenham Hotspur Stadium" stadionunda keçiriləcək. Oyun Bakı vaxtilə 23:00-da başlanacaq. "Tottenham Hotspur Stadium"un tikintisinə 1 milyard funt-sterlinq xərclənib.

Digər xəbərlər