Fernando Santuş: "Əsas Azərbaycanın adı, bayrağıdır, milliyə dəstək verin, mənə yox" - Video

Futbol, Eksklüziv, Video
473
30 Avqust 2024 - 11:45
Supersport.Az Millətlər Liqasında mübarizə aparacaq Azərbaycanın futbol yığmasının baş məşqçisi Fernando Santosun fikirlərini videogörüntüyə alıb.
Portuqaliyalı məşhur mütəxəssis millimizin 24 futbolçusunun adını Azərbaycan dilində açıqlayıb.
Avropa çempionu azarkeşlərə, jurnalistlərə səslənərək deyib:
"Əsas Azərbaycanın adı, bayrağıdır, milliyə dəstək verin, mənə yox".
Azərbaycan yığması sentyabrın 5-də Bakıda İsveçi qəbul edəcək, 8-də Slovakiyanın qonağı olacaq.