"Bürünc medal alsam da, qızılın yeri başqadır"

"Bürünc medal alsam da, qızılın yeri başqadır"
Olimpiya, Güləş
345
08 Avqust 2024 - 22:21

Paris Yay Olimpiya Oyunları davam edir.

Supersport.Az xəbər verir ki, bu gün güləş yarışında ilk medalımız qazanılıb.

Həsrət Cəfərov (67 kq) yunan-Roma güləşində fəxri kürsüyə qalxıb. Gənc güləşçimiz bürünc medal uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib. Rəqibinə heç bir şans verməyən istedadlı pəhləvanımız tam üstünlüklə (8:0) qalib gələrək olimpiya üçüncüsü olub.

Güləşçimizin təəssüratları belə olub:

"Əlbəttə, təəssüratlar yaxşıdır. Allaha şükürlər olsun, olimpiya üçüncüsü oldum. Məni dəstəkləyən, məni izləyən hər kəsə təşəkkürümü bildirirəm. Düzdür, qızıl medalın yeri başqadır. Ancaq şükürlər olsun ki, vətənə medalsız qayıtmıram. Komandamızın üstündə qara bulud var idi. Medal açılışını etdik. İnşallah, digər güləşçilərimiz davamını gətirər. Daha da yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr qazanmağa çalışacağam".

Digər xəbərlər