"Sabah" 6 qol buraxdı, mərhələ keçdi

"Sabah" 6 qol buraxdı, mərhələ keçdi
Futbol
504
01 Avqust 2024 - 23:00

Supersport.Az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Ölkəmizin təmsilçilərindən biri "Sabah" Hayfa "Makkabi"sini qəbul edib. Azərbaycan komandası yəhudi klubunu səfərdəki ilk oyunda 3 cavabsız qolla çökdürüb və rəqibi üzərində böyük psixoloji üstünlüyə malik idi. 

"Sabah" Masazır stadionunda keçirilən cavab oyununda bərbad oynayaraq əsas və əlavə vaxtda 3:6 məğlub olub. Ümumi hesab 6:6 olduğundan qalib penaltilər seriyasında müəyyən olunub.

1 avqust

 

20:00 "Sabah" (Azərbaycan) - "Makkabi" (Hayfa) 3:6 - penaltilər seriyası 3:2

Əlincə stadionu. 

Baş hakim: Peter Kraloviç

Baş hakimin köməkçiləri: Tomaş Straka, Matej Zemko

Dördüncü hakim: Boris Marhefka

(Hakimlər briqadası Slovakiyadandır)

 

Digər xəbərlər