"Qarabağ"a bolqar klubu rəqib oldu - Foto

Futbol
1022
01 Avqust 2024 - 00:38
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Ludoqorets" olub.
Azərbaycanın 11 qat çempionu Bolqarıstanın ən təcrübəli klubu - 13 qat çempionuyla qüvvəsini sınayacaq.
"Ludoqorets"ikinci təsnifat mərhələsində Minsk "Dinamo"sunu mübarizədən kənarlaşdırıb. Bolqar klubu cavab matçında 0:1 məğlub olsa da, ilk oyunda 2 cavabsız qolla qələbə qazandığı üçün mərhələ adlayıb.
Qeyd edək ki, 2019-cu ildə "Ludoqorets" yoxlama oyununda "Qarabağ"a 2 cavabsız qolla gəlib.