"Qarabağ" ölkəmizin yerini möhkəmləndirdi

Futbol, Eksklüziv
564
31 İyul 2024 - 12:27
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasında "Linkoln"la cavab oyununda da qalib gələn "Qarabağ"ın ölkəmizə faydası olub.
Azərbaycan bu qələbəylə UEFA reytinqindəki xalını artırıb - 18.000.
Ölkəmiz 24-cü pillədə möhkəmlənib. Slovakiya 17.875 xalla 25-cidir. Klublarımız uğurlu nəticələri davam etdirsə, ölkəmiz rusları da (18.299 xal) keçəcək. Ermənistan (9.750) 55 ölkə sırasında 38-cidir.
İngiltərə 85.732 xalla birincidir.