Hidayət Heydərov olimpiya çempion oldu - Foto

Olimpiya, Digər, Cüdo, Foto
1096
29 İyul 2024 - 20:45
Supersport.Az xəbər verir ki, Azərbaycanın məşhur idmançısı Paris Olimpiadasında möhtəşəm uğur qazanıb.
Azərbaycan cüdosunun liderlərindən biri, "Neftçi" İdman Klubunun üzvü, dünya, dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) mübarizəyə başlayıb.
Məşhur idmançı startda sərbəst, rəqibsiz olsa da, möhtəşəm uğur qazanıb.
Olimpiadada debüt edən Hidayət, 1/8 finalda israilli Tohar Butbulla qarşılaşıb. Qarşılaşma 6 dəqiqə davam edib, gərgin keçib. Azərbaycan idmançısı fəal güləşdiyindən rəqibi 3 dəfə cəzalanıb və cüdoçumuz qalib elan olunub. Hidayət Heydərov növbəti mərhələdə kanadalı Artur Margelidonu qızıl vaxtda ipponla məğlub edib. Bununla o, yarımfinala vəsiqə qazanıb. Bu görüş 15 dəqiqə davam edib, əsas vaxtda qalib məlum olmadığından əlavə hissə verilib. Burda Hidayət fəndlə rəqibinin kürəyini yerə vurub. Heydərov yarımfinalda kosovalı Akil Qyakovla gücünü sınayıb. Bu qarşılaşa da gərginliyilə yadda qalıb. Hidayət bu dəfə də qızıl vaxtda qalib gələrək adını finala yazdırıb.
Azərbaycanın dünya, dördqat Avropa çempionu Hidayət Heydərov finalda fransız Con Benjamen Qabayla qarşılaşıb. Hidayət yenə qızıl vaxtda ipponla qələbə qazanaraq, olimpiya çempionu olub.
Bununla da Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.
Qeyd edək ki, Olimpiadada 9 cüdoçuyla təmsil olunan Azərbaycanın 4 idmançısı - Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) ilk görüşdə məğlub olaraq uğursuzluqla üzləşib.




