"Qarabağ" beynəlxalq turnirdə çempionluq kubokunu qaldırdı - Video
Supersport.Az Estoniyada təşkil olunan beynəlxalq turnirdə birinci olan "Qarabağ"ın U-16 komandasının mükafatlandırması mərasimindən videogörüntü təqdim edir. Azərbaycan klubuna çempionluq kuboku verilib.
"Qarabağ"lı Elşən Nəsirov ən yaxşı qapıçı, Əli İbrahim ən yaxşı oyunçu mükafatına layiq görülüb.
Azərbaycan klubu ilk matçda Latviyanın "Auda" komandasına 4:1, ardından İsveçin "Hässelby" klubunu 4:0, sonra Portuqaliya təmsilçisi NF Akademia-nı 2:1, həmçinin İsveçin "Jarlabergs" kollektivini 3:2, Estoniyanın "Olymp"ini 4:1, "Narva Trans"ını 2:0 hesabıyla məğlub edib.
Məşqçilərdən Rəşad Sadiqovla Səbuhi Həsənovun rəhbərliyində "Qarabağ" 6 oyunda maksimum nəticə qazanaraq 7 komanda sırasında 18 xalla birinci yeri tutub.
Turnirdə “Trans Narva” ikinci, “Olimp” üçüncü olub.