"Qarabağ" beynəlxalq turnirdə çempion oldu - Foto

"Qarabağ" beynəlxalq turnirdə çempion oldu - Foto
Futbol, Foto
407
07 İyul 2024 - 17:08

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın U-16 komandası Estoniyada təşkil olunan beynəlxalq turnirdə birinci olub.


Azərbaycan klubu ilk matçda Latviyanın "Auda" komandasına 4:1, ardından İsveçin "Hässelby" klubunu 4:0, sonra Portuqaliya təmsilçisi NF Akademia-nı 2:1, dünən İsveçin "Jarlabergs" kollektivini 3:2, Estoniyanın "Olymp"ini 4:1, bu gün isə Estoniyanın "Narva Trans"ını 2:0 hesabıyla məğlub edib.


Rəşad Sadiqovun baş məşqçisi olduğu "Qarabağ" 6 oyunda maksimum nəticə qazanaraq 7 komanda sırasında 18 xalla birinci yeri tutub.






Digər xəbərlər