"Neftçi" millinin futbolçusunu yola saldı
Futbol
347
21 İyun 2024 - 19:56
Supersport.Az xəbər verir ki, “Neftçi” yarımmüdafiəçi Eddi İsrafilovla yollarını ayırıb. Klub 31 yaşlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş İsrafilov bu müddət ərzində “Neftçi”nin heyətində meydana çıxdığı 71 oyunda 7 qol vurub.