Almaniya yığması pley-off mərhələsində

Almaniya yığması pley-off mərhələsində
Futbol
200
20 İyun 2024 - 01:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun oyunlarına start verilib.

Supersport.Az xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Xorvatiya və Albaniya seçmələri arasında baş tutub. Oyunda 4 qol vurulsa da, qalib məlum olmayıb.

Xorvatlar B qrupunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

A qrupunda ikinci turun ilk qarşılaşmasında isə Ştutqartda Almaniya və Macarıstan komandaları qarşılaşıb. Almanlar 2 qollu qələbəylə pley-off mərhələsinə keçib.

Bundestim AVRO-2024-ün açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün sonunda Şotlandiya - İsveçrə qarşılaşması sülhlə bitib. 

Avro-2024

19 iyun

II tur

B qrupu

17:00. Xorvatiya – Albaniya - 2:2 

Qollar: Kramariç, 74, Qyasula, 76 (a.q) / Laçi, 11, Qyasula 90+5

Hamburq, “Folksparkştadion” stadionu.

A qrupu

Almaniya – Macarıstan - 2:0

Qollar: Musiala, 22, İlkay Gündoğan, 67

Ştutqart, “MHP Arena”stadionu..

23:00. Şotlandiya - İsveçrə 1:1 

Qollar: Maktominay 13  - Şakiri 26

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu.

Digər xəbərlər