"Qarabağ"a Çempionlar Liqasında münasib rəqib düşdü - Foto-Video

"Qarabağ"a Çempionlar Liqasında münasib rəqib düşdü - Foto-Video
Futbol, Eksklüziv, Video, Foto
737
19 İyun 2024 - 14:15

Supersport.Az-ın məlumatına görə, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki binasında Çempionlar Liqasının püşkü atılıb.


"Qarabağ"ın da 10-cu dəfə mübarizə aparacağı yarışda rəqibi müəyyənləşib. Azərbaycan çempionu turnirə II təsnifat mərhələsindən başlayacaq. 


Çempionlar Liqasının püşkünə əsasən, "Qarabağ" ikinci təsnifat mərhələsində "Hamrun" (Malta) – "Linkoln2 (Cəbəllütariq) cütünün qalibiylə qarşılaşacaq.


"Qarabağ"ın qatılacağı II təsnifat mərhələsinin oyunları iyulun 23-24-də və 30-31-də keçiriləcək. 


Ağdam komandası ilk oyunu səfərdə keçirəcək.


Çempionlar Liqasının I təsnifat mərhələsində 28 komanda mübarizə aparacaq. II təsnifat mərhələsinin püşkündə yarışa bu raunddan qatılacaq 10 klub və 14 cüt iştirak edəcək.


Turnirə II təsnifat mərhələsindən qoşulacaq klublar: "Qarabağ" (Azərbaycan), "Ferentsvaroş" (Macarıstan), PAOK (Yunanıstan), “Bodo Qlimt” (Norveç), “Midtulland” (Danimarka), “Malmö” (İsveç), “Sparta” (Çexiya), APOEL (Kipr), “Makkabi” (Təl-Əviv, İsrail), “Yagelloniya” (Polşa).


Turnirə I təsnifat mərhələsindən başlayacaq komandalar:  "Slovan" (Slovakiya), “Lüdoqorets” (Bolqarıstan), HİK (Finlandiya), "Flora" (Estoniya), "Styaua" (Rumıniya), "Klaksvik" (Farer adaları), "Şemrok Rovers" (İrlandiya), “Linkoln” (Cəbəllütariq), TNS (Uels), RFS (Latviya), “Petrokub” (Moldova), “Balkani” (Kosovo), “Pünik” (Ermənistan), "Dinamo" (Batumi, Gürcüstan), "Selye" (Sloveniya), "Hamrun" (Malta), "Larne" (Şimali İrlandiya), "Dinamo" (Minsk, Belarus), "Panevejis" (Litva), "Ordabası" (Qazaxıstan), "Vikinqur" (İslandiya), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksemburq), “Deçiç” (Monteneqro), “Santa Koloma” (Andorra), "Virtus" (San-Marino), “Borats” (Bosniya və Herseqovina) və “Eqnatiya” (Albaniya).



Digər xəbərlər