Musa Qurbanlı yenidən "Qarabağ"da

Musa Qurbanlı yenidən "Qarabağ"da
Futbol
309
14 İyun 2024 - 20:26

Supersport.Az xəbər verir ki, "Qarabağ yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.


Ağdam komandası hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

 

Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçumuz 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

 

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə komandamızın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubumuzun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

 

Qeyd edək ki, klubun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.



Digər xəbərlər