Azərbaycan Avropa çempionatında 10 medal qazandı 

Azərbaycan Avropa çempionatında 10 medal qazandı 
Futbol, Digər, Sambo
355
13 May 2024 - 15:54

Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında millimiz 7 medal qazanıb .


Supersport.Az-a Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, gənclər 3 medal (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 medal (4 bürünc) əldə edib.


Gənclərdə Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq) bürünc, yeniyetmələrdə isə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.


Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medalı boynundan asdırmışdı.

Digər xəbərlər