"Bayer" yarımfinalda, "Liverpul" dayandı

"Bayer" yarımfinalda, "Liverpul" dayandı
Futbol
167
19 Aprel 2024 - 01:55

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ı 1/8 finalda mübarizədən kənarlaşdıran "Bayer 04" klubu ilk görüşdə evdə 2 cavabsız qolla qalib gəldiyi "Vest Hem"lə bu dəfə səfərdə qarşılaşıb. İngilis klubu hesabda irəli çıxsa da, Almaniya çempionu son dəqiqədə bərabərlik qolunu vurub.

İtaliya klublarının duelində “Roma” "San Siro" stadionunda “Milan”ı yenə məğlub edib.

“Atalanta” doğma meydanda “Liverpul”u qəbul edib. İngiltərə klubuna mərhələ adlamaq üçün 1 qolla qələbə kifayət etməyib.

"Olimpik Marsel" "Benfika"yla üz-üzə gəlib. Penaltilər seriyasında Fransa klubu 4:2 hesablı qalib olub.

Qeyd edək ki, yarımfinalda “Benfika” - “Marsel” və “Liverpul” – “Atalanta” cütünün qalibləri üz-üzə gələcək. “Milan” - “Roma” və “Bayer 04” - “Vest Hem” duellərinin qalibləri isə yarımfinal mərhələsinin digər görüşündə qarşılaşacaqlar.

UEFA Avropa Liqası

1/4 final, cavab oyunlar

18 aprel

23:00. “Roma” (İtaliya) – “Milan” (İtaliya) 2:1 

İlk oyun - 1:0.

23:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə) 0:1 

İlk oyun - 3:0.

23:00. “Vest Hem” (İngiltərə) – “Bayer 04” (Almaniya) 1:1

Qollar: Antonio 13 - Jeremi Frimponq 89

İlk oyun - 0:2.

23:00. “Olimpik Marsel” (Fransa) – “Benfika” (Portuqaliya) 1:0 (pen 4:2)

İlk oyun - 1:2.

Digər xəbərlər