AFFA rəhbərliyi sorğu-sual olunacaq, yeni prezident seçiləcək

AFFA rəhbərliyi sorğu-sual olunacaq, yeni prezident seçiləcək
Futbol
372
02 Aprel 2024 - 00:47

Supersport.Az-ın məlumatına görə, bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək.

Konfrans saat 10:00-da başlayacaq və gündəliyinə bir sıra məsələlər daxil edilib. 

İlk olaraq AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən iclas açıq elan ediləcək, o, futbolun durumu haqda fikirlərini bildirəcək.

Ardından konfransın tərkibi yoxlanılacaq. 

Üçüncü olaraq AFFA-nın baş katibi Sərxan Hacıyevin hesabat xarakterli məruzəsi olacaq.

Maliyyə Hesabatları və müstəqil auditorun hesabatı olacaq.

Sonda AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçiriləcək. Qurumun rəhbəri postuna vahid namizəd "Neftçi"nin namizədliyini irəli sürdüyü SOCAR-ın prezidenti Rövşən Nəcəfdir. 




Digər xəbərlər