AFFA bu əcnəbi mütəxəssisi milliyə gətirə bilər

AFFA bu əcnəbi mütəxəssisi milliyə gətirə bilər
Futbol, Eksklüziv
230
30 Mart 2024 - 09:25

Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov Azərbaycan millisinin baş məşqçisi ola bilər. 

Supersport.Az-a daxil olan məlumata görə, AFFA-nın yeni prezidenti seçilməsi gözlənilən Rövşən Nəcəf rusiyalı mütəxəssisi gətirmək istəyir. Çerçesov da Azərbaycan millisinin baş məşqçisi olmağa müsbət yanaşır.

Türkiyə yığmasının keçmiş baş məşqçisi Şenol Güneş, "Beşiktaş"ın sabiq çalışdırıcısı Rıza Çalımbay da AFFA-dan təklif gözləyir.

60 yaşlı Çerçesovun son iş yeri 2023-cü ilin iyulunda istefaya göndərildiyi Macarıstanın "Ferençvaros” klubu olub.

Mütəxəssis əvvəllər Rusiya millisinə rəhbərlik edib, bundan başqa Polşanın "Legiya”, Moskvanın "Dinamo”, yerli "Amkar”, "Terek” (indiki "Axmat”), "Soçi Jemçujina” və "Spartak” klublarını çalışdırıb.

Çerçesov 2016-cı ildə Rusiya millisini çalışdırmağa başlayıb və doğma meydanda keçirilən dünya çempionatında onun rəhbərlik etdiyi komanda turnirin finalçısı Xorvatiya millisinə məğlub olaraq 1/4 finala yüksələ bilməyib.

O, komandanın 2021-ci ilin yayında keçirilən 2020-ci il Avropa çempionatındakı uğursuz çıxışından sonra qovulub.

Canni de Byazinin müqaviləsi başa çatdıqdan sonra baş məşqçisiz qalan Azərbaycan millisini son iki yoldaşlıq oyununa Arif Əsədov çıxarıb.

    

Digər xəbərlər