Futbol yığmamızdan bərbad nəticə - Video

Futbol yığmamızdan bərbad nəticə - Video
Futbol
307
24 Fevral 2024 - 21:00

Supersport.Az-ın məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə fiaskoya uğrayıb. Yığmamız yarışda bütün oyunlarda məğlub olub.

Millimiz son, 7-ci yer uğrunda oyunda Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qarşılaşma 3:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Komandamızın heyətində İslam Həsənov fərqlənib.



Qeyd edək ki, millimiz turnirin qrup mərhələsində Belarusun U-18 (0:2), Rusiyanın U-17 (0:1) və Özbəkistanın U-18 (0:2) komandaları ilə qarşılaşıb.


Digər xəbərlər