10 güləşçidən 7-si fəxri kürsüyə qalxdı
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.
Qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.
Supersport.Az xəbər verir ki, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7️⃣-si fəxri kürsüyə qalxıb.
1️⃣ gümüş🥈və 6️⃣ bürünc🥉medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3️⃣-cüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.
Xatırladaq ki, Maqomedxan Maqomedov (97 kq) gümüş🥈İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djoyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc🥉medal qazanıb.