"Qarabağ" – "Braqa" oyununun hakimləri
Futbol
477
20 Fevral 2024 - 10:44
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində fevralın 22-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Braqa" (Portuqaliya) qarşılaşmasının hakimləri açıqlanıb.
Oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Georgi Kabakovun 37 yaşı var, 11 ildir FİFA referisidir. Bolqar referi 2016-cı ildən UEFA Avropa Liqası, 2018-ci ildən Çempionlar Liqası matçlarını idarə edir. Kabakov Tokio Olimpiadasında da çalışıb.
UEFA Avropa Liqası
Pley-off, cavab oyunu
22 fevral
21:45. "Qarabağ" - "Braqa"
Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov (hamısı Bolqarıstan)
Hakim-inspektor: Petteri Kari (Finlandiya)
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Braqa" görüşü saat 21:45-də başlayacaq.