SUPERSPORT.AZ - 15 İL

SUPERSPORT.AZ - 15 İL
Digər
163
20 Fevral 2024 - 09:00

Supersport.Az saytı 2009-cu ildə təsis olunub.

Bu gün 15 yaşı tamam olan portalımız, ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim etməyə çalışıb.

Supersport.Az Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanıb.

Supersport.Az-ın internet kanalının 44 min 700-dən çox abunəçisi var və 10 milyon 500 mindən artıq baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edib. Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimiz UEFA-ya da göndərilib.

Supersport.Az müxtəlif növlər üzrə Avropa, dünya çempionatlarından, UEFA Çempionlar Liqasının "Mançester Siti" - "İnter" final matçından, Avropa Liqasının "Çelsi" - "Arsenal", Konfrans Liqasının "Roma" - "Feyenoord" final oyunundan, məşhur klublardan "Real Madrid", "Barselona", "Liverpul", "Benfika", "Şaxtyor" və digər komandalardan fotoreportajlar, videogörüntülər təqdim edib.  

Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha çox uğurlar əldə etməyə çalışacaq.

Digər xəbərlər