Yığmamız ərəblərə uduzdu
Futbol
25 Mart 2019 - 00:46
Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Komandamız Səudiyyə Ərəbistanın müvafiq yaş qrupundan ibarət yığmasına 1:2 hesabı ilə məğlub olub.