Yapon rəhbər olimpiada üçün rüşvət verməkdə günahlandırılır - istefası gözlənilir

Yapon rəhbər olimpiada üçün rüşvət verməkdə günahlandırılır - istefası gözlənilir
Olimpiya, Digər, Tokio-2020
18 Mart 2019 - 16:36
Yaponiya Olimpiya Komitəsinin prezidenti Sunekadzu Takeda sabah qurumun toplantısında istefa verə bilər.

Supersport.Az-ın "Kyodo" agentliyinə istinadən məlumatına görə, fransız hüquq-mühafizə orqanları adıçəkilən şəxsin Olimpiada-2020-yə ev sahibliyi seçimində afrikalı nümayəndələrə rüşvət verməkdə günahlandırıb.

Yaponiya Olimpiya Komitəsinin 71 yaşlı rəhbəri bu ittihamı qəbul etməyib.

Takeda 18 ildir ki, YOK prezidentidir. 2012-ci ildən o, Olimpiada-2020-nin sifariş komitəsinə rəhbərlik edir. Bir il sonra sentyabrda yarışın təşkilatçılıq etmək hüququ Tokioya verilib. Olimpiadaya bu zaman ev sahibliyi üçün İstanbul, Madrid və Buenos-Ayres də mübarizə aparıb. Hazırda Takeda Olimpiadanın İcraiyyə Şurasının vitse-prezidenti vəzifəsində çalışır.

2020-ci il olimpiadası 24 iyul-9 avqust tarixlərində Tokioda keçiriləcək. Yaponiyada Yay Olimpiya Oyunları ilk dəfə 1964-cü ildə təşkil olunub.

Digər xəbərlər