"Tokio-2020"də qadağa olacaq

"Tokio-2020"də qadağa olacaq
Digər, Tokio-2020
28 Fevral 2019 - 21:38
Supersport.Az-ın məlumatına görə, 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında bəzi qadağalar olacaq.

Bütün məkanlarda siqaret çəkmək və elektron siqaretdən istifadəyə embarqo qoyulacaq.

Təşkilatçılar siqaret çəkmək üçün nəzərdə tutulan xüsusi yerləri də ləğv etməyi planlaşdırırlar. "Tokio-2020"nin Təşkilat Komitəsindən bildirilib ki, ölkənin qanunu və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) təlimatına əsasən, idmançılar, tamaşaçılar, vəzifəli şəxlərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bu qərar qəbul olunub.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçiriləcək.

Digər xəbərlər