“Yapon döyüşçüləri üçün gənc, yaşlı olmağın fərqi yoxdur, güclü olurlar. Çünki onlar yapondurlar və texniki cəhətdən istedadlıdırlar”.
Supersport.Az-ın məlumatına görə, Almaniyanın Düsseldorf şəhərindəki “Böyük Dəbilqə” turnirinin finalında Sanşiro Muraonu məğlub edən Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev belə deyib.
“Böyük Dəbilqə” seriyalı turnirlərdə ilk dəfə qızıl medal qazanan 90 kq çəkili Mehdiyev çox xoşbəxt olduğunu bildirib:
“Döyüşün əvvəlində rəqibim iki xəbərdarlıq aldı və sona qədər bu üstünlüyü qorumağa çalışdım. Mümkün olan hər şeyi etdim və qələbə qazandım. Həqiqətən çox xoşbəxtəm”.