Nazir müavinindən ermənipərəst farsların dərsini verən idmançımıza dəstək

Nazir müavinindən ermənipərəst farsların dərsini verən idmançımıza dəstək
Karate, Digər
24 Fevral 2019 - 12:41
Supersport.Az-ın məlumatına görə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb.

Dövlət rəsmisi, bütün rəqiblərinə qalib gələrək 1-ci pilləni tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib, gələcək yarışlarda və təhsilində uğurlar arzu edib.

İran paytaxtında yarışın keçirildiyi zalda Azərbaycan bayrağı erməni bayrağının altında asıldığını görən Zəhra, buna etiraz edib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.

Daha sonra yarışa başlayan Zəhra rəqiblərini məğlub edib və 1-ci yerə çıxıb. Görüşdən sonra idmançımıza mükafat və diplom təqdim olunub.

Digər xəbərlər