Zidanın 3 şərti

Zidanın 3 şərti
Futbol
19 Fevral 2019 - 22:47
"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın "Çelsi"ni çalışdırmaq üçün 3 şərt irəli sürdüyü bildirilir.


Əlcəzair əsilli mütəxəssis, Eden Hazardın komandada qalmasını, 230 milyon avro transfer büdcəsi və yeni futbolçuların alınmasına özünün nəzarət etməsini istəyib. İngiltərə klubu bununla bağlı hələ ki, cavab verməyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 26-cı turunda "Çelsi"nin "Mançester Siti"yə 0:6 hesablı məğlubiyyətindən sonra 60 yaşlı mütəxəssis Mauritsio Sarrinin istefaya göndəriləcəyi xəbərləri yayılıb.


Digər xəbərlər