"Yaponlar Rafael Ağayevin karatedə iz qoyduğunu deyirlər" - Yaşar Bəşirov - Video

"Yaponlar Rafael Ağayevin karatedə iz qoyduğunu deyirlər" - Yaşar Bəşirov - Video
Karate, Digər, Video
05 Fevral 2019 - 21:27
Supersport.Az 2020-ci il Tokio Olimpiadasıyla bağlı layihəyə start verib.

"Tokioya gedən yol" rubrikasında idmançılarımızın hazırlığına, mötəbər yarışlarda çıxışına, həmçinin mütəxəssis məsləhətlərinə xüsusi diqqət yetiriləcək.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Əməkdar İdman Ustası", Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi Yaşar Bəşirov karateçilərin çıxışı haqda fikirlərini bildirib.

İdmançıların daha çox çalışmasının mühüm olmasını qeyd edən mütəxəssis, yaponların 5 qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayevlə bağlı müsbət sözlər dediyini söyləyib:

"Beynəlxalq karate qurumuna 200-dən çox ölkə üzvdür. Olimpiya idman növünə çevrildikdən sonra bu sahəyə böyük maraq var. Yaponlar tanınmış idmançımız Rafael Ağayevin karatedə iz qoyduğunu bildiriblər. Rafaeldən Tokio Olimpiadasında qızıl medal gözləyirik".

Federasiya rəhbəri, bir müddət əvvəl Paris turnirində Ağayevin yapon karateçisiylə döyüşündə hakim ədalətsizliyi olduğunu, bununla belə daha çox hazırlaşmağın vacibliyini vurğulayıb.

Digər xəbərlər