Rafael Ağayev: "Zədəli halda da, ölkəmizə uğur qazandırmalıyam" - Video

Rafael Ağayev: "Zədəli halda da, ölkəmizə uğur qazandırmalıyam" - Video
Karate, Digər, Video
31 Yanvar 2019 - 12:35
Supersport.Az 5 qat dünya və 12 qat Avropa çempionu Rafael Ağayevin fikirlərini videogörüntüyə alıb.

Məşhur karateçi, bütün idmançıların 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağı hədəflədiklərini bildirib:

"Məqsədimiz olimpiadaya lisenziya qazanmaq və orada da uğur əldə etməkdir. Parisdə çənəmdən zədə almışdım, 3 tikiş vurdular. Amma bu zədə bizi dayandıra bilməz. Yeni baş məşqçimizdən təkcə mən yox, hamımız razıyıq. Məşq prosesində hər şey çox yaxşıdır. Yarışda medal qazanandan sonra otelə qayıtdıq və hamımız birgə 45 dəqiqə qaçdıq. Bu, çox şeydən xəbər verir. Dizimdə və əlimdə böyük zədə var, əməliyyat olunmalıdır. Amma belə olsa, 3 ay yarışa qatılmayacaq və reytinqdə 1-ci yerdən 3-4-cü pilləyə enəcəyəm".

Digər xəbərlər