Elxan Məmmədov: "Bu nəticə bizi qane etmir" - Video

Elxan Məmmədov: "Bu nəticə bizi qane etmir" - Video
Digər, Cüdo, Video
31 Yanvar 2019 - 11:41
Supersport.Az cüdo yığmasının böyük məşqçisi, dünya çempionu Elxan Məmmədovun fikirlərini təqdim edir.

Mütəxəssis ilk növbədə bir müddət əvvəl qran-pridə çıxışa qiymət verərək, bildirib ki, 2 medal qazanmaq onu qane etmir.

Məşqçi, bəzi titullu idmançıların zəif çıxışının səbəbini açıqlayıb:

"İlin ilk yarışı idi. Bu nəticəni uğurlu saymaq olar. Ancaq bundan da yaxşı nəticə gözləyirdik. Təəssüf ki, Orxan Səfərov, Hidayət Heydərov və Rüstəm Orucov yarış ərəfəsində xəstələndilər. Elmar Qasımov isə ilk görüşdə zədələndi. Bu da onların çıxışına mənfi təsir göstərdi. Sevindirici haldır ki, yığmaya Murad Fətiyev dəvət olunub. Onun olimpiadada iştirak edəcəyinə ümid edirik. Qrafikimiz çox sıxdır. Yaxın vaxtlarda Yaponiya və Fransada təlim-məşq toplanışlarımız olacaq".


 

Digər xəbərlər