Rafael Ağayev zədəli halda finala vəsiqə qazandı - Foto

Rafael Ağayev zədəli halda finala vəsiqə qazandı - Foto
Karate, Digər, Foto
27 Yanvar 2019 - 01:02
Supersport.Az-ın məlumatına görə, Rafael Ağayev (-75 kq) Fransa paytaxtı Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.

İdmançımız "Pyer De Kuberten" stadionunun salonunda təşkil olunan yarışın ilk günündə 4 döyüşə çıxıb. Ağayev öncə Qulam-Abbas Saadini (Pakistan) 7:2, ardınca Enes Qaribovici (Xorvatiya) 2:0 hesabı ilə məğlub edib. İkinci qarşılaşma zamanı zədələnən karateçimiz Yusey Sakiyamanı (Yaponiya) 1:1 hesablı heç-heçədən sonra hakimlərin qərarı ilə məğlub etməyi bacarıb - 5:0. Ali Asker Asiabari (İran) ilə yarımfinal görüşündə yenidən zədələnməsinə baxmayaraq Rafael yenə qələbə qazanıb - 2:1. Ardıcıl 4 qələbə ilə finala yüksələn karateçimiz bu gün keçiriləcək həlledici qarşılaşmada yaponiyalı Ken Nişimura ilə üz-üzə gələcək.





 

Digər xəbərlər