Cüdoçularımızdan ilk gündə uğursuzluq

Cüdoçularımızdan ilk gündə uğursuzluq
Digər, Cüdo
25 Yanvar 2019 - 00:24
Supersport.Az-ın məlumatına görə, İsrailin Təl-Əviv şəhərində mükafat fondu 100 min dollarlıq cüdo üzrə Qran-Pri başlayıb.

Azərbaycan turnirə 18 (12 kişi, 6 qadın) idmançı ilə qatılıb. Yarışda ümumilikdə 53 ölkədən 380-dək cüdoçu mübarizə aparır.

Turnirin ilk günü 9 təmsilçimizdən heç biri mükafat qazana bilməyib.

Cüdoçularımızdan ən yaxşı nəticəni 66 kq çəkidə mübarizə aparanlar göstərib. İbrahim Əliyev 5-ci, Orxan Səfərov 7-ci yerlə kifayətlənib.

Rövşən Əliyev, Rəşad Yelkiyev (60 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (66 kq), milliləşdirilmiş legioner Buyankişinq Purevsuren (52 kq), monqol əsilli İçinkorlo Munksedev (57) isə uğursuzluğa düçar olub.

Digər xəbərlər