Qurban Qurbanov futbolçulardan nəyi tələb etdi? - Video

Qurban Qurbanov futbolçulardan nəyi tələb etdi? - Video
Futbol, Video
15 Yanvar 2019 - 15:14
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "TRT Spor" telekanalına açıqlamasında fikirlərini bildirib.

"Düşərgədə hər şey qaydasındadır. Futbolçulardan tam istədiyimizi ala bilməmişik. Amma vaxtımız var. Düşünürəm ki, toplanışın sonunda hər şey düşündüyümüz kimi alınacaq" deyən təcrübəli mütəxəssis, mövsümün ikinci hissəsinə ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb:

"Mövsümün ilk hissəsi bizim üçün çox çətin oldu. Bəlkə də ikinci mübarizə dövrü daha çətin olacaq. Ona görə də futbolçularımız hər məşqdə, hər oyunda diqqətli və ciddi olmalıdırlar".

Qeyd edək ki, "Qarabağ" Antalyada hazırlaşır.

Digər xəbərlər