Cüdoçularımız Avstriyada hazırlaşır

Cüdoçularımız Avstriyada hazırlaşır
Digər, Cüdo
14 Yanvar 2019 - 23:41
Avstriyanın Mittersill şəhərində cüdo üzrə ənənəvi beynəlxalq təlim-məşq toplantısı keçirilir.

Supersport.Az-ın məlumatına görə, TMT-də dünyanın 52 ölkəsinin atletləri ilə yanaşı Azərbaycan cüdoçuları da iştirak edirlər. Mittersill toplanışına bu dəfə də olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatıllblar. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək gələcək mötəbər yarışlara hazırlaşırlar.

 

Digər xəbərlər