Milli Qəhrəmanla bağlı xatirə turniri - Şəkil

Milli Qəhrəmanla bağlı xatirə turniri - Şəkil
Digər, Foto, Ağır Atletika
01 Yanvar 2019 - 17:22
Supersport.Az-ın məlumatına görə, AAAF Park Yaşayış Kompleksinin yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə XVIII açıq turnir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarış beynəxlaq status daşıyıb və Azərbaycanın paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından, həmçinin Gürcüstandan dəvət olunan idmançılar iştirak ediblər.

Turnirin açılış mərasimində Fəxrəddin Şahbazovun ailə üzvləri, həmçinin Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Ağır Atletika Federasiyasının 1-ci vitse-prezidenti Tofiq Heydərov və digər qonaqlar iştirak ediblər. Nitq üçün söz ilk olaraq Raqif Abbasova verilib. O, Milli Qəhrəmanın ruhunun bu qədər uca tutulması və onun xatirəsinə həsr olunmuş belə mötəbər turniri hər il yüksək səviyyədə keçirilməsinin alqışlanası hal olduğunu bildirib.

Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə xanım da danışaraq ailə adından yarış təşkilatçılarına təşəkkürünü bildirib. Sonra Milli Qəhrəmanın nəvəsi, elə onun adını daşıyan Fəxrəddin də qonaq və iştirakçılara çox sağol deyib, gələcəkdə onların hər birinin etimadını doğruldacağına söz verib. Daha sonra Tofiq Heydərov səhnəyə çıxaraq ənənəvi olaraq yarışın ilk qızıl medalını nəvə Fəxrəddinə təqdim edib.

Heydərov həmçinin çıxış edib və 2018-ci ildə Azərbaycan ağır atletlərinin qazandığı böyük uğurlar, nailiyyətlər, bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib. Vitse-prezidentin sözlərinə görə, Azərbaycanda idman inkişaf edir və bundan sonra da qələbələr qazanmaq üçün yetərli potensial var.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib və yarış rəsmən açıq elan olunub.

Sonra xatirə turnirində yarışlar davam etdirilib. Müxtəlif çəki dərəcələrində Əvəz Tağıyev, Elvin Şükürzadə, Elşən Məmmədov, Qurami Giorbelidze, Arçil Malakmadze, Lamia Tebidze, İsa Həsənli, Əli Şükürlü, ümidvar Bayramlı və Tornike Tabatadze qalib adını qazanıblar. Mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.



49 kq










































































































































































































































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Tağıyev Əvəz2002NeftçalaZirvə47.37090160
2.Rəhimov Kənan2004İsmayıllıZirvə46.25778135
3.Həsənli Nihat2003LənkəranZirvə48.26173134
4.Quliyev Namik2004NeftçalaZirvə47.55163114
5.Sultanov Soltan2004BakıTəhsil48.25360113
6.Qədimov Fuad2005SumqayıtZirvə46.94766113
7.Həsənov Əliağa2004NeftçalaZirvə47.34856104
8.Quliyev Emil2006BakıTəhsil40.8455095
9.Beydullayev Racib2004AbşeronZirvə43.8405090
10.Nəbiyev Nəbi2006BakıSpartak46.7384583
11.Fərzəliyev Amil2006BakıTəhsil40.5364177
12.Arzumanov Yusif2006BakıNeftçi48.7304777
13.Sulatnov Kənan2006BakıTəhsil33.6313566
14.Məmmədzadə Şahin2004BakıTəhsil47.8253964
15.Zairov Nihat2006BakıTəhsil26.8273158
16.Zairov Nicat2006BakıTəhsil26.0233053
17.Hüseynov Yaşar2005BakıTəhsil36.5233053
18.Süleymanov Orxan2006BakıTəhsil48.8212950
19.Teyyubov Fərid2006BakıTəhsil33.7252550
20.Nəzərov Elduran2006BakıTəhsil45.6202646

55 kq
















































































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Şükürzadə Elvin2003LənkəranUGİM54.084101185
2.Qafarlı Əli2005LənkəranZirvə50.15668124
3.Qasımzadə Ülvi2003CəlilabadUGİM55.05163114
4.Əliyev Abbas2006XırdalanZirvə49.1283563
5.Quliyev Elgün2003BakıTəhsil52.8000
6.Hacıyev Elşad2004XırdalanZirvə52.4520

 

61 kq

















































































































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Məmmədov Elşən2004LənkəranZirvə60.0102126228
2.Alxasov Sale2001LerikZirvə60.5100125225
3.Hüseynov Elməddin2004ŞamaxıZirvə58.897120217
4.Həsəonv Fuad2003LənkəranUGİM58.194115209
5.Cavadov Ömər2002XırdalanZirvə56.995110205
6.Nəbiyev Kamil2003BakıSpartak59.583100183
7.Məmmədli Ədalət2004İsmayıllıZirvə58.26688154
8.Nəbiyev Ravil2004BakıSpartak65.66784151
9.Əhmədov Rusif2001BakıTəhsil58.675

 

67 kq


























































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Giorbelidze Qurami2002Gürcüstan65.9140151268
2.Qasımov Rüstəm2002LənkəranTəhsil66.5140145260
3.Muxtarlı Novruz2002SumqayıtTəhsil65.090115205
4.Kərimov Elvin2004BakıTəhsil62.95580135

 

73 kq





































































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Malakmadze Arçil2001Gürcüstan71.7140158298
2.Əliyev Füqan2001LerikZirvə72.1116141257
3.Rəsulov Nurlan2002AbşeronZirvə69.5110136246
4.Məmmədov İlkin2003BakıTəhsil 169.87892170
5.Məmmədov Nazim2003BakıTəhsil 171.37790167

 

81 kq





































































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Tebidze Lamia2001Gürcüstan79.0137180335
2.Mamayev Yaşar2003NeftçalaZirvə75.8103118221
3.Qasımzadə Ümid2001CəlilabadZirvə79.2100110210
4.Əlimanov Hacı2005BakıTəhsil74.488114202
5.Hümmətli Fuad2004XırdalanZirvə75.85575130

 

89 kq




































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Həsənli İsa2002LənkəranZirvə83.495121216
2.Qasımzadə Soltan2003BakıTəhsil83.36475139

 

96 kq















































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Şükürlü Əli2003SumqayıtZirvə93.9120135255
2.Zamanov Kənan2003XırdalanZirvə92.385105190
3.Babazadə Murad2005SumqayıtSpartak91.25062112

 

102 kq

























NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Bayramlı Ümidvar2001BakıTəhsil101.7120140260

 

+102 kq















































NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Tabatadze Tornike2001Gürcüstan103.2165181346
2.Talaxadze Akaki2001Gürcüstan107.3145184329
3.Kazımov Rəhman2002XırdalanZirvə107.0122152274

 

Digər xəbərlər