Ramilin gözü Boltun taxtında

Ramilin gözü Boltun taxtında
Atletika, Digər
28 Dekabr 2018 - 11:10
Supersport.Az-ın məlumatına görə, dünya və Avropa çempionu Ramil Quliyev gələn il planetin bir nömrəli çempionatında titulunu qorumaq istədiyini bildirib.

Tanınmış atlet, bu ilin avqustunda Berlində qitə yarışında 200 metr məsafəni 19.76 saniyəyə qət edərək Türkiyəyə qızıl medal qazandırıb. Bundan başqa, o, "Skolimowska Memorial" yarışında 100 metrdə üçüncü, "Brilliant Liqa"da 200 metrdə ikinci, IAAF-ın Qitələr Kubokunda 200 metrdə və 4x100 metrə bayraq mübarizəsində ikinci olub.

İdmançı Antalyada "Gloria Kuboku"nda 200 metrə qaçışda qalib adını qazanıb.

2017-cil ildə 200 metrə mübarizədə Londonda dünya çempionatında 20.09 saniyə nəticəylə dünya birincisi olan Ramil Quliyev, 19,19 saniyə rekordla çempion olmuş Useyn Boltu keçmək fikrindədir.

Hazırda Antalyada çalışan atlet, bir həftədən sonra Moskvaya gedəcəyi haqda məlumat verib.

"Dünya çempionu adını qorumaq istəyirəm. Bu, mənim üçün çox vacibdir. Useyn Bolt kimi atlet getdi, boşluq oldu. Bu yeri tutmaq üçün çalışırıq. Hədəf böyükdür və dünyanın ən güclüsü olmaq fərqli hissdir. Bunun üçün səylə məşq edirəm" - deyə, Avropa və dünya çempionu qeyd edib.

Ramil, Türkiyədə atletika üçün çox işlər görüldüyünü və uğur qazanmaqda tələsməməyi, bir az gözləməyi məsləhət bilib:

"Türkiyədə yeni stadionlar qurulur , proqramlı, sistemli işlər görülür. İnşAllah, 2024 və 2028-ci il olimpiadalarına komanda olaraq qatılarıq. Çox yaxşı nəticələr qazana bilərik" ("AA").

Digər xəbərlər