"Qarabağ" milyonluq futbolçuyla maraqlanır

"Qarabağ" milyonluq futbolçuyla maraqlanır
Futbol
27 Dekabr 2018 - 19:40
PAOK-un ukraynalı müdafiəçisi Yevgeni Xaçeridi karyerasını "Qarabağ"da davam etdirə bilər.

Supersport.Az-ın məlumatına görə, bu barədə Yunanıstan mətbuatı xəbər yayıb. Azərbaycan klubunun ukraynalı futbolçuya rəsmi təklif göndərdiyi bildirilir. "Qarabağ" hazırda 31 yaşlı oyunçunu heyətinə qatmağa əsas namizəd hesab olunur.

"PAOK-da özümü yaxşı hiss edirəm. Ancaq az oynayıram. Demək olar ki, oynamıram. Bunun səbəbini mənə heç kim aydınlıq gətirmir. Hər şeyi məşqçi həll edir. Prezident deyir ki, razıdır. Son oyunda meydandan kənarlaşdırıldım. Çempionatda, həmçinin Avroliqada "Bazel", "Spartak"la maraqlı oyunlar oldu. Münasib təklif olsa, komandamı dəyişərəm. "Dinamo", "Şaxtyor"a keçmərəm. Siyasət siyasətdir, futbol futboldur, Rusiyada da oynamaram" deyən Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var. Bu ilin mayında Yunanıstan klubuna keçən ukraynalı müdafiəçinin transfer məbləği 2,5 milyon avrodur və 11 oyunda iştriak edib. Futbolçunun illik qazancı 1.5 milyon avrodur.

Qeyd edək ki, Ukrayna mətbuatında da Yevgeni Xaçeridinin Azərbaycan klublarının birindən təklif aldığı barədə xəbər yayılıb.

 

Digər xəbərlər