UEFA "Arsenal"ı cəzalandıracaq - ermənilərin təxribatına görə

UEFA "Arsenal"ı cəzalandıracaq - ermənilərin təxribatına görə
Futbol
16 Dekabr 2018 - 00:24
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən "Arsenal" – "Qarabağ" oyunu ilə əlaqədar intizam işi açıb. 

Londonda keçirilən matçın sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin "bayrağı"yla daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı tədbir görüləcək. Meydan sahiblərinin buna görə cəzalanacağı gözlənilir.

UEFA həm də matçın gec başlamasını araşdıracaq. 

Hər iki məsələ ilə bağlı UEFA-nın 2019-cu il fevralın 21-də keçiriləcək iclasında qərar veriləcək.

Digər xəbərlər