Azarkeşlərin "Qarabağ"a inamı azalıb

Maqazin, Futbol
27 Noyabr 2018 - 23:23
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qarabağ" -"Sportinq" oyununa maraq azdır.
Saytımızın əldə etdiyi xəbərə əsasən, qarşılaşmaya hələ ki, 10 mindən çox bilet satılıb. Oyuna marağın az olmasının əsas səbəbi "Qarabağ"ın Avroliqada zəif çıxış etməsidir. Altıqat ölkə çempionu 4 oyundan 3 xalla "E" qrupunda son pillədədir.
Qeyd edək ki, 69 min 870 yerlik Bakı Olimpiya Stadionunda baş tutacaq "Qarabağ" – "Sportinq" matçı noyabrın 29-da saat 21:55-də başlayacaq.