Parakarateçimiz DÇ-də “gümüş” qazandı

Parakarateçimiz DÇ-də “gümüş” qazandı
Karate, Digər
11 Noyabr 2018 - 08:52
Parakarate üzrə Azərbaycan milli komandasının yeganə üzvü Sahib Əhədov dünya çempionatının gümüş mükafatını qazanıb.

Superport.Az xəbər verir ki, o, həlledici görüşdə Yasushi Obadan (Yaponiya) 0,9 xal geri qalıb. İlk mərhələdə 40,5 xal toplayaraq finala yüksələn idmançımız həlledici görüşdə 43,7 xal toplayıb.

Digər xəbərlər