Eksklüziv: "Qarabağ"a vətəndə diqqətsizlik - Video

Eksklüziv: "Qarabağ"a vətəndə diqqətsizlik - Video
Futbol, Eksklüziv, Video
09 Noyabr 2018 - 23:35
Supersport.Az Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla"nı məğlub edərək ilk qələbəsini bayram edən "Qarabağ"ın vətənə qayıtdıqdan sonra lazımi səviyyədə qarşılanmadığı məqamı videogörüntüyə alıb.
Azərbaycan çempionunun səhər saatlarında dönüşü gözlənilsə də, Poltavada hava şəraiti ilə əlaqədar gecikmə olub, iki dəfə uçuş vaxtı təxirə salınıb. Qalib komandanı gətirən təyyarə saat 17:20-da Bakıya çatıb. Hər zaman idmançılarımızın, klubların çıxışını diqqət mərkəzində saxlayan saytımız bu dəfə də işini yerinə yetirib. “Qarabağ”ı hava limanında mediadan yalnız portalımız qarşılayıb və videogörüntüyə alıb. Ukraynada zəfər qazanan komandaya azarkeşlərimizdən böyük dəstək olsa da, ölkəmizdə istənilən səviyyədə diqqət olmayıb. Poltavada “Vorskla”ya bir qolla qalib gələn “Qarabağ”ı Bakıda az sayda fanat qarşılayıb. Ukrayna klubuyla ilk oyunda kobud səhv etdiyi üçün səfər matçında heyətdən kənar qalan braziliyalı qolkiper Vaqner da Silvanı da bir neçə azarkeş alqışlayıb.

Digər xəbərlər