"Bu, "Qarabağ"ın ciddi niyyətini göstərir"

"Bu, "Qarabağ"ın ciddi niyyətini göstərir"
Futbol
07 Noyabr 2018 - 20:37
"Azərbaycan səfirliyi Ukraynada yaşayan bütün azərbaycanlıları "Qarabağ"ı dəstəkləmək üçün stadiona çağırıb. Komanda bu matçda öz ev oyunu kimi oynamasına görə belə şüar səsləndirib. Bu, onların ciddi niyyətlərini göstərir".

Supersport.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, "Vorskla"nın kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyun ərəfəsində belə deyib.

O, bu matça normal rejimdə hazırlaşdıqlarını bildirib:

"Ancaq məşqçilər daha çox nəzəriyyələrə diqqət yetirir, komanda oyunu və futbolçular haqqında daha ətraflı danışılır".

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfirliyi sosial səhifəsində müraciətdə Ukraynada yaşayan bütün soydaşlarımızı noyabrın 8-də Ukrayna vaxtilə saat 22:00-da Poltavada keçiriləcək oyuna dəvət edib.

Digər xəbərlər