"Vorskla" - "Qarabağ": nə qədər bilet satılıb?

"Vorskla" - "Qarabağ": nə qədər bilet satılıb?
Futbol
07 Noyabr 2018 - 19:18
Supersport.Az-a Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Poltavada keçiriləcək "Vorskla" - "Qarabağ" oyununa satılan biletlərin sayı məlum olub.

Qarşılaşmanı 5 mindən çox azarkeşin izləyəcəyi dəqiqdir. Matç 24 min 795 yerlik Aleksey Butovski adına stadionda keçiriləcək.

"Vorskla" - "Qarabağ" oyunu sabah Bakı vaxtilə saat 00:00-da başlayacaq.

"E" qrupunda "Arsenal" 9 xalla liderdir. "Sportinq" 6 xalla ikinci, "Vorskla" 3 xalla üçüncüdür. "Qarabağ" xalsız qrupda sonuncudur.

Digər xəbərlər