Cüdo üzrə Aran-Qarabağ bölgə birinciliyinin qalibləri müəyyənləşib

Cüdo üzrə Aran-Qarabağ bölgə birinciliyinin qalibləri müəyyənləşib
Digər, Cüdo
28 Oktyabr 2018 - 11:48
Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bölgə birincilikləri davam edir. Növbəti region birinciliyi Ağcabədidə keçirilib. Aran-Qarabağ bölgəsində 2005-2007-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında qaliblərin adlarına aydınlıq gətirilib.

Supersport.Az xəbər verir ki, oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə Sadiq Qurbanov (30 kq), Rəvan Əhmədov (34 kq), Əlibala Cabbarov (38 kq), Məcid Əhmədov (42 kq), Hüseyn Sadıqov (46 kq), Elvin Göyüşzadə (50 kq), Niyaməddin Bayramzadə (55 kq), Şamil Baxışlı (60 kq), Camal Cəbrayılov (66 kq), Fərid Talıbov (73 kq) və Nihad Səfərov (73 kq-dan yuxarı) qalxıblar.

Qızların mübarizəsində Röya Həsənova (28 kq), Aynur Məmmədova (36 kq), Zəhra Xəlidzadə (44 kq), Almira Hacıyeva (48 kq) və Pərvanə Abdullayeva (52 kq) qızıl medallara layiq görülüblər.

Mükafatçılara Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.

Digər xəbərlər